Qrenlandiya sahillərində 6 maqnitudaya yaxın zəlzələ olub
Paylaş
160 baxış·1 dəq oxu
Bakı. 11 sentyabr. REPORT.AZ/ Atlantik okeanının Qrenlandiyanın cənub sahilinə yaxın hövzəsində 5,6 maqnituda zəlzələ baş verib. "Report" TASS-a istinadən xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə 01:40-da qeydə alınıb. Zəlzələnin episentri Kakortok şəhərindən 825 km. cənub-şərqdə və İslandiyanın paytaxtı Reykyavikdən 961 km. cənub-qərbdə yerləşib.