Tovuz rayonunda fəhləni ilan sancıb.

Metbuat.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Rayon ərazisində fəhlə işləyən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Anar Şakir oğlu Hüseynovu Kür çayının kənarında iş görərkən ilan sancıb.

O, dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə, A.Hüseynovu gürzə ayağından sancıb.