Demokratlar Partiyasının Konqresdəki liderləri qanunsuz miqrantların övladlarının ABŞ ərazisində qalmasına icazə verən proqramın (DACA proqramı) və sərhəd təhlükəsizliyi mövzusunda ABŞ prezidenti Donald Trampla razılığa gəldiklərini açıqlayıblar.
Metbuat.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Demokratların Senatdakı azlıqlarla bağlı lideri Çak Şumer ilə Nümayəndələr Palatasının azlıqlar lideri Nansi Pelos Trampla görüşdən sonra yazılı açıqlama veriblər.
Açıqlamada bildirilir ki, “Deferred Action for Childhood Arrivals" ifadəsinin qısaldılmışı olan DACA kimi bilinən və 16 yaşından əvvəl ABŞ-a qeyri-qanuni gətirilən miqrant uşaqların bu ölkədə qanuni olaraq yaşamasına imkan verən proqramı qısa müddət əvvəl sona çatdıran Trampla məhsuldar görüş keçirilib: “Görüş zamanı sayı 800 minə çatan uşaqların ölkədən çıxarılmaması və hüquqlarının qorunması məsələsində razılıq əldə olunub”.
Bu səbəbdən Demokratlar qısa müddət ərzində ABŞ Konqresində lazımi qanuni işlərə başlayaraq, yüz minlərlə qaçqın uşağın ölkədə qalmasını təmin edəcək hüquqi prosesə başlayacaq. Respublikaçıların da dəstəkləyəcəyi gözlənilən işlərin tezliklə yekunlaşacağı gözlənilir.
Günay Elşadqızı \ METBUAT.AZ
BMT Təhlükəsizlik Şurası 9 ildən sonra ortaq QƏRAR - OXUMAQ ÜÇÜN TIKLA |