BMT Təhlükəsizlik Şurasından 9 ildən sonra ortaq

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) 9 ildə ilk dəfə Myanmardakı hadisələrlə bağlı ortaq qərara gəliblər.

Metbuat.az-ın xarici mətbuata istinadən xəbərinə görə, BMT TŞ-nın sentyabr iclasından sonra Efiopiyanın BMT-dəki daimi nümayəndəsi Tekeda Alemu jurnalistlərə açıqlama verib:

“BMT Təhlükəsizlik Şurası dinc əhaliyə qarşı güc tətbiq edilməsindən narahatdır. Arakan müsəlmanlarına qarşı edilən şiddətə tezliklə son verilməlidir”.

Tekeda Alema bildirib ki, BMT Təhlükəsizlik Şurası Banqladeşin arakanlı müsəlmanlara qapısını açmağını məmnuniyyətlə qarşılayıb. Alemu, Myanmar hökumətinə humanitar yardımların təmin edilməsi ilə bağlı BMT və digər yardım təşkilatları ilə iş birliyinə çağırış edib.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Metyu Rikfort isə qeyd edib ki, BMT Təhlükəsizlik Şurası 9 ildən sonra ilk dəfə Myanmar mövzusunda ortaq fikir ifadə edib.

Qeyd edək ki, artıq Banqladeşə sığınan arakanlı müsəlmanların sayı 370 minə çatıb.

Günay Elşadqızı \ METBUAT.AZ

Məktəbdə dəhşətli yanğın - 25 şagird həyatını itirdi / Malayziya - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR