Rusiya son illərin ən böyük hərbi təliminə başlayır.
Metbuat.az-ın xarici mətbuata istinadən xəbərinə görə, təlim Avropa İttifaqının şərq sərhədlərində olacaq. Qərb mənasını verən “Zapad-2017” təliminin 20 sentyabra qədər davam etməsi gözlənilir.
Moskva təlimdə 12,700 əsgərin iştirak edəcəyini bildirsə də, NATO bunun hərbi təlim deyil, əslində Avropanı işğal etmək üçün sınaq olduğunu bildirir. Təlimdə 100 mindən artıq əsgər iştirak edəcək. NATO təlimin daha böyük olacağını gözləyir. Hazırda bu səbəbdən Rusiya ilə NATO arasında böyük gərginlik yaşanır.
İngiltərənin müdafiə naziri Maykl Fallonun ötən həftə BBC-yə verdiyi bəyənatda deyilir: “Bu, bizi provakasiyaya çəkmək, təhlükəsizliyimizi yoxlamaq üçün atılan addımdır. Ona görə güclü olmalıyıq. Rusiya artıq hər fürsəttə bizi sınayır. Biz indi daha aqressiv Rusiya ilə qarşılaşırıq”.
NATO-ya üzv olmaq istəyən Ukrayna prezidenti Petro Poroşenko isə Rusiyanın müharibəyə hazırlaşdığını ifadə edib.
Günay Elşadqızı \ METBUAT.AZ
Trampla DACA proqramında razılığa gəlindi - OXUMAQ ÜÇÜN TIKLA |