Sarımsaq turşusunun hazırlanması

Xanımların qışa hazırlığı davam edir.

Metbuat.az bu dəfə sarımsaq turşusunun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

2 kq təzə sarımsaq

2 şüşə alma sirkəsi

1 ədəd limon

1 yemək qaşığı duz

Hazırlanması:

Sarımsaqları təmizləyib qaba qoyun. Üzərini alacaq qədər su tökün. Ən az 3 gün suyunu dəyişdirərək saxlayın. 3 gün sonra sarımsaqları çıxarıb, şüşə qaba əlavə edin. Aralarına limon dilimi əlavə edin və alma sirkəsi tökün. Az miqdarda duz əlavə edə bilərsiniz. Şüşə qabın ağzını bağlayın.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Qarışıq turşunun hazırlanması - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)