Qurban Qurbanovla bağlı şok xəbər yayıldı

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun komandanın əsas qapıçısı,  Bosniya və Herseqovina millisinin üzvü İbrahim Sehiçi cəzalandırdığı haqda xəbər yayılıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərildiyi deyilir. 

Metbuat.az məsələ ilə bağlı klubla əlaqə saxlayıb. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov faktı təkzib edib. Qurum rəsmisi bildirib ki, belə bir məlumat yoxdur. Hətta qapıçı bu gün məşqə qatılıb. 

Qeyd edək ki, 29 yaşlı sözügedən qapıçı Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Çelsi” ilə matçda kobud səhvlərlə yadda qalıb.

Cəbhədə son vəziyyət açıqlandı - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı