“Report” Palataya istinadən xəbər verir ki, təlimdə 31 bankın təhlükəsizlik departamentinin rəhbərləri iştirak edib.
Onlarla bank tranzaksiyalarının təhlükəsizliyi, xaker hücumlarından qorunması, eləcə də informasiya texnologiyaları təhlükəsizliyi üzrə mövcud təcrübə barədə və problemlərin aradan qaldırılmasına dair təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, MBNP ilə banklar və digər nəzarət subyektləri arasında çevik məlumat mübadiləsinin qurulmasının müxtəlif üsulları təlim iştirakçıları ilə müzakirə edilib.