Böyük Britaniyadan kritik şərh

İngiltərədəki metro partlayışından sonra hadisənin necə və kim tərəfindən törədilməyini öyrənmək üçün araşdırma aparılır.

Metbuat.az-ın xarici mətbuata istinadən xəbərinə görə, London Polis Şöbəsinin müdiri Mark Rouli bildirib ki, müstəntiqlər və dedektivlər onlarla şahidlə görüşüb: “Yüzlərlə polis London metrosunda təhlükəsizlik kameralarını dəqiqliklə izləyir”.

Bundan əlavə, İngiltərənin Liviyadakı səfiri Peter Milletin də partlayış zamanı metroda olduğu müəyyən edilib. Ötən gün keçirilən Liviya yığıncağına qatılmaq üçün Londona gələn Millet sosial media hesabından partlayışla bağlı açıqlama verib: “Bu gün partlayış zamanı mən də qatarda idim, amma xoşbəxtlikdən şanslı oldum. Təxliyə işləri yüksək səviyyədə aparılırdı”.

İngiltərənin baş naziri Tereza Mey ölkədəki terror təhdidinin kritik səviyyəyə çatdığını bildirib. O, hər an yeni hücumun ola biləcəyinə də işarə edib. Hazırda Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi 5-ci dərəcəli qiymətləndirilir.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR