AZAL təxirə salınmış Bakı-London reysi ilə bağlı məlumat yayıb

AZAL təxirə salınmış Bakı-London reysi ilə bağlı məlumat yayıb
13:42 17 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC ötən gün təxirə salınmış Bakı-London reysi ilə bağlı məlumat yayıb.
"Report"un xəbərinə görə, məlumatda bildirilir ki, sentyabrın 16-da AZAL J2-007 (Bakı-London) reysində texniki səbəbdən yaranan gecikmə ilə əlaqədar olaraq, bu reysin Londona gəlməsi Hitrou Hava Limanı (LHR) tərəfindən slot vaxtının bitməsi səbəbindən ləğv olunub.
"Bu reys Bakı vaxtı ilə bu gün saat 18:05-ə planlaşdırılan reys ilə birləşdiriləcək. Təyyarənin yerli vaxtla saat 21:05-də Londona enməsi planlaşdırılır. Gecikən sərnişinlər öz istəkləri ilə digər aviaşirkətlərin təyyarələri ilə Bakıya göndərilib, həmçinin oteldə yerləşdirilib.
Reysin statusunu Heydər Əliyev Beynəlxalq Aeroportunun saytında izləmək mümkündür: www.airport.az
Yaranan narahatlığa görə üzr istəyirik!", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a verilən məlumata görə, təyyarənin sənədlərində problem olduğundan reys təxirə salınıb.
Eyni zamanda, sərnişinlər əvvəlcədən heç bir xəbərdarlıq almadığı üçün hava limanına gedərək saatlarla orada gözləməli olublar. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azal-texire-salinmis-baki-london-reysi-ile-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR