Jurnalistika fakültəsi ilə Bilik Fondu arasında

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi arasında Niyyət sazişinin imzalanma mərasimi keçirilib.

Metbuat.az-ın məlumatına görə, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, Niyyət sazişinə əsasən, müəllimlər və tələbələr Fondun həyata keçirdiyi layihələrdə iştirak etmək imkanı qazanacaqlar. Sənəddə əməkdaşlığın bütün mümkün variantları nəzərdə tutulub ki, bu işlər gələcəkdə həyata keçirildikcə ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, Bilik Günü Bilik Fondunun struktur bölməsi ilə belə bir sənədin imzalanması fakültə üçün yeni imkanlar açacaq.

Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, imzalanan sazişlə tərəflər Azərbaycan mediasının inkişafı naminə yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist hazırlığı istiqamətlərində birgə fəaliyyət göstərilməyi, jurnalistika sahəsində elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalistlərlə görüşlərinin təşkili, bütün sahələrdə medianın maarifləndirmə funksiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi yönündə əməkdaşlıq etməyi öz üzərlərinə götürürlər.

Eyni zamanda, tədbirdə tezliklə Bilik Fondunun İnformasiya təminatı sektoru ilə Jurnalistika fakültəsinin birgə “Gənc jurnalistlər” Klubunu təsis edəcəyi barədə məlumat verilib.

Sonda BDU-nun Jurnalistika fakültəsi və Bilik Fondunun İnformasiya təminatı sektoru arasında niyyət sazişi imzalanıb.

ABŞ-dan ən sərt açıqlama - “Şimali Koreya yox olacaq” - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR