Böyürtkən mürəbbəsinin hazırlanması

Xanımların qışa hazırlığı davam edir.

Metbuat.az bu dəfə böyürtkən mürəbbəsinin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

1 kq böyürtkən

1 kq şəkər tozu

2 ədəd mixək

 ½ çay qaşığı təzə sıxılmış limon suyu

Qeyd: Mürəbbəni zədəsiz və təzə böyürtkənlərdən hazırlamağa diqqət edin. Meyvəni uzun müddət şəkər tozunda saxlayın. Dağılmaması üçün qarışdırmadan hazırlayın. 

Hazırlanması:

Böyürtkənləri qaba töküb üzərinə şəkər tozu əlavə edin. Suyunun çıxması üçün ağzı bağlı qabda otaq temperaturunda 2 saat saxlayın. Daha sonra aşağı atəşdə 20-25 dəqiqə bişirin. Bişənə yaxın limon suyu və mixək əlavə edib 3-4 dəqiqə də bişirin. Ocaqdan aldığınız mürəbbəni soyuduqdan sonra şüşə qaba töküb ağzını bağlayın.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Armud mürəbbəsinin hazırlanması - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)