Uşaqlar üçün kiçik burgerlər hazırlaya bilərsiniz

Uşaqlara vaxtı-vaxtında yemək yedizdirmək, adətən anaların probleminə çevrilib.

Metbuat.az xəbər verir ki, dadlı, maraqlı yeməklərlə uşaqlarınızın iştahını aça bilərsiniz. Bu dəfə uşaqlar üçün kiçik burgerlər hazırlayacağıq.

Tərkibi:

500 qr az yağlı qiymə

Yarım stəkan su

20 ədəd kiçik burger çörəyi

600 qr pomidor

10 ədəd kahı yarpağı

Üstünü bəzəmək üçün zeytun

Hazırlanması:

Qabın içərisində suyu və qiyməni qarışdırıb burger küftələri hazırlayın. Yapışmaz tavada bişirin. Burger çörəyinin arasına bir dilim pomidor yerləşdirin. Üzərinə kahı yarpağı qoyub ən üstdən küftəni əlavə edin. Burger çörəyinin üzərini zeytunla bəzəyib servis edə bilərsiniz.

Uşaqlarınızın iştahla yeyəcəyi kiçik burgerlər hazırdır.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Sobada kartoflu toyuq yeməyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)