"Bank VTB (Azerbaijan)" ASC plastik kart sahiblərinə yeni xidmət təklif edir

"Bank VTB (Azerbaijan)" ASC plastik kart sahiblərinə yeni xidmət təklif edir
17:07 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC “Visa Platinum” kart sahibi olan müştərilərinə “Lounge Key” xidmətini təqdim edir. Xidmət Bankın “Visa Platinum” kartını təqdim etməklə hava limanlarındakı yüksək komfortlu zallardan istifadə etmək imkanı verir.
“Report”un Banka istinadən verdiyi xəbərə görə, əvvəllər isə bu xidmətdən istifadə üçün illik ödənişi olan əlavə kart sifariş vermək tələb olunurdu.
“Lounge Key” proqramı dünyanın bir çox şəhərlərinin, o cümlədən Bakının hava limanında mövcud olan 850 sayda "lounge"-zallardan istifadə imkanı verən xidmətdir. Proqram sayəsində istifadəçi, aviaşirkətindən və biletinin sinfindən asılı olmayaraq yüksək rahatlıq üçün hər bir şəraitlə təmin olunmuş zaldan yararlana bilir.
“Lounge Key” xidmətindən istifadə etmək üçün “Bank VTB (Azerbaijan)”ın “Visa Platinum” premium kartlarının sahiblərinə banka gəlmək tələb olunmur. Bunun üçün dəyəri 27 dollar təşkil edən xidmət haqqını hava limanında platinum kartdan ödəmək kifayətdir. Kart sahibi həmçinin dəyərini ödəməklə "Lounge Key" zonasına öz qonağını da dəvət edə bilər. Dəvət olunacaq qonaqların sayı hər bir "Lounge Key" zalının şərtlərindən asılıdır. İki yaşadək uşaqlar üçün zaldan istifadə pulsuzdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-vtb-azerbaijan-asc-plastik-kart-sahiblerine-yeni-xidmet-teklif-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR