Ukraynanın yeni avrobondlarına tələb təklifdən 3 dəfə çox olub

Ukraynanın yeni avrobondlarına tələb təklifdən 3 dəfə çox olub
17:27 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Ukrayna bu gün 7,375% illik gəlirlilik vəd edən 15 illik 3 mlrd. avro həcmində avrobond emissiyasını yerləşdirib. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, 2032-ci ildə tədavül müddəti bitən Ukrayna avrobondlarına tələbat 9,3 mlrd. avro olub. 
Əməliyyatlara "BNP Paribas", "Goldman Sachs" və "JPMorgan" banklarının vasitəçilik etdiyi bildirilir.
Ukrayna avrobondların satışından əldə olunan vəsaitlə hazırda tədavüldə olan 2019-2020-ci il bitmə tarixi olan digər qiymətli kağızları almaq və büdcə hədəflərini həyata keçirməyi planlaşdırdığını açıqlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ukraynanin-yeni-avrobondlarina-teleb-teklifden-3-defe-cox-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR