“Qızıl oğlan” mükafatına namizədlərin SİYAHISI

“Qızıl oğlan” mükafatına namizədlərin SİYAHISI
21:38 19 Sentyabr 2017
169 İdman
Ölkə mətbuatı
A- A+

“Qızıl oğlan” mükafatına namizədlərin siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, siyahıda 25 futbolçunun adı yer alıb.

Avropada aparıcı idman nəşrlərinin jurnalistləri arasında keçiriləcək 2017-ci ilin “qızıl oğlan”ı mükafatına namizədlər arasında Türkiyə yığmasının 2 futbolçusu da var. Bunlar “Vilyarreal”ın yeni transferi Enes Ünal və Dortmund “Borussiya”sını “Selta”ya dəyişən Əmrə Mordur.

Mükafata iddialı futbolçular bunlardı: Aaron Karikol (“Espanyol”), Jan-Keven Aqustin (“Leypsiq”), Rodriqo Bentankur (“Yuventus”), Stiven Berqveyn (PSV), Dominik Kelvert-Lyuin (“Everton”), Federiko Kyeza (“Fiorentina”), Osman Dembele (“Barselona”), Amadu Diavara (“Napoli”), Kasper Dolberq (“Ayaks”), Canluici Donnarumma (“Milan”), Qabriel Jezus (“Mançester Siti”), Jozef Qomes (“Liverpul”), Benjamin Henriks (“Bayer”), Borxa Mayoral (“Real”), Kilian Mbappe (PSJ), Əmrə Mor (“Selta”), Ris Oksford (“Borussiya”, Mönhenqladbax), Kristian Puluşiç (“Borussiya”, Dortmund), Markus Reşford (“Mançester Yunayted”), Allan Sen-Maksimen (“Nitsa”), Dominik Solanke (“Liverpul”), Teo Ernandes (“Real”), Yuri Tilemans (“Monako”), Enes Ünal (“Vilyarreal”), Kayl Oulker-Piters (“Tottenhem”).

Qeyd edək ki, “Qızıl oğlan” mükafatı yaşı 21-dən yuxarı olmayan futbolçulara verilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/213926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR