Azərbaycanda qocalar arasında bu xəstəlik yayılıb

Azərbaycanda əhalinin orta yaş dövrünün artması ilə əlaqədar Altsheymer xəstəliyinin artma tezliyi də yüksəlib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, altsheymer xəstəliyinin çoxalması əhali arasında uzunömürlülüyünün artması ilə əlaqədardır və müasir dövrdə bu xəstəliyin qarşısının alınması üçün müasir farmokoloji və müxtəlif psixo-sosial müdaxilələr mövcuddur.

Səhiyyə Nazirliyi tərəfindən Altsheymer xəstəliyindən əziyyət çəkən insanlara yardım göstərilməsi üçün bir çox işlər görülüb. Belə ki, 2013-cü ildən altsheymer xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokollar işlənilib hazırlanmış, xəstəliyin skirininqini aparmaq üçün miqyaslar tərcümə və adaptasiya olunmuş, psixiatr, nevropatoloq və terapevtlər üçün treninqlər keçirilib.

Səhiyyə Nazirliyi tərəfindən bir sıra ümumi profilli xəstəxanalar müasir MRT aparatları ilə təmin olunmuş, poliklinikalara xəstəliyin qarşısının alınması üçün müəyyən qrup dərmanlar verilib.

Aysel Yaqubqızı / Metbuat.az

Ağzınızda yaralar varsa, bundan için - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR