FİFA "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibinə qarşı araşdırmalara başlayıb

FİFA "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibinə qarşı araşdırmalara başlayıb
12:32 20 Sentyabr 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ FİFA İngiltərənin "Çelsi" klubuna qarşı araşdırmalara başlayıb. "Report"un məlumatına görə, bu barədə "Sportsmail"ə ali futbol qurumundan bildirilib.
Səbəb kimi 18 yaşına çatmamış əcnəbi oyunçularla müqavilələrin imzalanması göstərilib. Hazırda mümkün pozuntularla bağlı hərtərəfli araşdırmalar getdiyindən, əlavə şərh verilməyib.
Daha əvvəl İspaniya "Atletiko"su eyni ittihamla cəzalandırılıb. Klubun qışadək yeni oyunçu transfer etməsinə qadağa qoyulub. London təmsilçisi isə 2009 və 2016-cı illərdə eyni problem üzündən araşdırmalara məruz qalıb.
Qeyd edək ki, həm "Çelsi", həm də "Atletiko" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibləridir. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fi-fa-celsi-klubuna-qarsi-arasdirmalara-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR