Makron Parisin Əsədlə bağlı ŞƏRTİNİ AÇIQLADI

Makron Parisin Əsədlə bağlı ŞƏRTİNİ AÇIQLADI
16:53 20 Sentyabr 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti Bəşər Əsəd törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu tələbi Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında səsləndirib.

“O cinayətkar və Suriya xalqının düşmənidir. Mənim Suriyadakı düşmənim İŞİD-dir, Bəşər Əsəd deyil. İŞİD Fransaya hücum etdi. Əsəd Suriya xalqının düşmənidir və işlətdiyi cinayətlərə görə cəzalandırılmalıdır”, - o deyib.

Fransız lider qeyd edib ki, Paris uzunmüddətli perspektivdə Əsədin hakimiyyətdə qalmasını mümkün hesab etmir.

Həmçinin Makron əmindir ki, İran Suriya probleminin həllinə cəlb olunmayacağı halda, dünya dövlətləri nəticəyə nail olmayacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR