İrəvana “dördgünlük müharibə” XƏBƏRDARLIĞI, daha ağır CAVAB… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İrəvana “dördgünlük müharibə” XƏBƏRDARLIĞI, daha ağır CAVAB… - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 20 Sentyabr 2017
200 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyası çərçivəsində çıxış edib. Azərbaycanın xarici işlər naziri İqtisadi Əməkdaşlıq Təşkilatına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çağırış edib. Rusiya Prezidenti Vladimir Putin İspaniyanın daxili işlərinə qarışmaqda günahlandırılıb. Sentyabrın 14-də başlanan Rusiya-Belarus “Qərb-2017” birgə hərbi təlimləri ilə bağlı Qərbin narahatlığı davam edir. Məşhur "Vikiliks" portalı Rusiyanın “Piter-Servis” şirkəti haqqında sənədlər seriyasını dərc edib. Meksikada dağıdıcı zəlzələ baş verib. ABŞ İraq Kürdüstanına 650 xüsusi təyinatlı əsgər göndərib.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyası çərçivəsində çıxış edib. Azərbaycan Prezidenti BMT tribunasından Ermənistanı işğalçı adlandırıb.

İlham Əliyevdən BMT-də SƏRT SÖZLƏR: "Soyqırımı törədənlərdən biri də Serj Sarkisyandır" (YENİLƏNDİ)

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətləri Azərbaycanın işğal olunmuş ərazilərindəki rejim və həmin ərazilərdə ticarət, iqtisadi və sərmayə fəaliyyətinə cəlb olunma cəhdlərinin qarşısını almağa çağırıram.

Bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxışında deyib.

Məmmədyarovdan İƏT ölkələrinə Qarabağla bağlı ÇAĞIRIŞ

ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.

XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq: "Özünü ABŞ konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tam şəkildə ABŞ erməni lobbisindən asılı vəziyyətdədirlər".

Cənubi Qafqazda qızğın silahlanma davam edir. Rusiya Ermənistana “İskəndər” raket kompleksini verdi. Azərbaycan buna cavab olaraq İsraildən “Dəmir Günbəz” sistemlərini almaq istəyir. Müdafiə naziri Zakir Həsənov gözlənilmədən İsrailə səfər etdi və həmkarı Aviqdor Libermanla danışıqlar apardı.

“Pravda” nəşri Azərbaycanın erməni hərbi birləşmələrinin həmlələrinin qarşısını almaq üçün atdığı addımlar haqda yazıb.

Bakıdan sensasiyalı GEDİŞ: Azərbaycanın ABŞ-ın axtardığı silahı almasının SİRRİ - VİDEO

Ermənistan prezidenti Serj Sarkisyan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan və Türkiyədən şikayətlənib.

Sarkisyandan dünyaya növbəti HİYLƏGƏR YALVARIŞ: “Azərbaycan və Türkiyə bizi...”

ABŞ İraq Kürdüstanına 650 xüsusi təyinatlı əsgər göndərib. Əsgərlər xüsusi təyyarələrlə Ərbil şəhərinə gətirilib.

Məlumatlara görə, amerikalı xüsusi təyinatlılar Kərkük, Mahmur, Kəsik və Tuzhurmatu bölgələrində xidmət edəcək. Adı çəkilən bölgələr İraq Kürdüstanının lideri Məsud Bərzaninin nəzarətindədir.

Vaşinqtonun atdığı bu addım bir sıra Qərb dövləti tərəfindən narahatlıqla qarşılanıb. Onlar ABŞ-ın “Referendumu dəstəkləmirik” açıqlamasından sonra bölgəyə göndərdiyi əsgərlərinin əsas vəzifəsinin Bərzanini qorumaq olduğunu düşünürlər.

Bundan başqa, Ağ Evin nümayəndələrindən biri İraq Kürdüstanında keçiriləcək referendum qədər bölgədəki amerikalı əsgərlərin sayının 3 minə çatdırılacağını bildirib.

Suriya prezidenti Bəşər Əsəd törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Bu tələbi Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında səsləndirib.

“O cinayətkar və Suriya xalqının düşmənidir. Mənim Suriyadakı düşmənim İŞİD-dir, Bəşər Əsəd deyil. İŞİD Fransaya hücum etdi. Əsəd Suriya xalqının düşmənidir və işlətdiyi cinayətlərə görə cəzalandırılmalıdır”, - o deyib.

Fransız lider qeyd edib ki, Paris uzunmüddətli perspektivdə Əsədin hakimiyyətdə qalmasını mümkün hesab etmir.

Həmçinin Makron əmindir ki, İran Suriya probleminin həllinə cəlb olunmayacağı halda, dünya dövlətləri nəticəyə nail olmayacaq.

Putin epoxası 2030-cu ilə qədər başa çatacaq. Bunu “Exo Moskva” radiosuna müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Rusiyanın gələcəyi belə olacaq. Putin 2018-dən 2024-cü ilə qədər, Medvedyev isə növbəti 6 ili idarə edəcək. Bununla hər şey bitəcək. Onlar sonra hakimiyyəti təhvil verəcəklər. 2031-ci ildə seçkidə Vahid Rusiya Partiyası qələbə qazanmayacaq. Beləliklə, sizinlə cəmi 12 il gözləməli olacağıq”, – deyə o bildirib.

Rusiya Prezidenti Vladimir Putin İspaniyanın daxili işlərinə qarışmaqda günahlandırılıb. Rəsmi Moskva Kataloniyanın müstəqilik referendumunun hazırlanmasında və İspaniya torpaqlarının bölünməsində marağı olması ilə ittiham edilir.

Bu ittiham İspaniya mediasında yer alıb. “El Confidencial” qəzetində dərc edilən məqalədə Kremlin illərdir Kataloniyanın müstəqillik mübarizəsinə dəstək verdiyi və bunun Avropa İttifaqını zəiflətmək strategiyasının bir parçası olması iddia edilib. Rusiya Kataloniya müstəqilliyinə dəstəyini beynəlxalq “VikiLiks” haker saytının qurucusu Culiyan Assanj vasitəsilə göstərdiyi bildirilib.

Qəzet bu iddiasına sübut da gətirib.

Putinin İspaniya torpaqlarının bölünməsində əli var - İDDİA

İspaniyanın mülki qvardiyası Kataloniyada müstəqillik haqqında referendum hazırlığına görə 12 məmuru saxlayıb. Bu haqda hökumətdəki mənbələrə istinadən “Pais” nəşri bildirib.

Saxlanılar arasında telekommunikasiyalar və informasiya, sosial məsələlər, xarici işlər, iqtisadiyyat və maliyyə idarələrinin əməkdaşları var. Saxlanılanların bəziləri referendum haqqında materialların yayılmasında ittiham olunur.

Hazırda Katalon hökuməti və digər idarələrdə axtarışlar aparılır. Qvardiyaçılar referendumun hazırlığı ilə bağlı sənədləri axtarırlar.

Podemos Partiasının katalon bölməsinin başçısı Ksaver Domenek kataloniyalıların müstəqilliyi və hüquqlarının müdafiəsi üçün bütün gücləri səfərbər etməyə çağırıb. Onun sözlərinə görə, bu həbslər bütün sərhədləri keçib.

"Vladimir Putin SSRİ-nin dağılmasına görə ABŞ-dan qisas almaq üçün prezident olmağa qərar verib". Belə versiya ilə Amerika aktyoru Morqan Friman çıxış edib.

“Və bu film üçün ssenari deyil”, - Friman Rusiyanın ABŞ-dakı prezident seçkilərinə mümkün müdaxiləsinin araşdırılması üçün yaradılan komitənin hazırladığı təbliğat videoçarxında bildirib.

Putinin prezident olmasının SİRRİ ORTAYA ÇIXDI - ŞOK İDDİA - VİDEO

Məşhur "Vikiliks" portalı Rusiyanın “Piter-Servis” şirkəti haqqında sənədlər seriyasını dərc edib. Sənədlərdə şirkətin hakimiyyətə rusiyalıları izləməyə kömək etdiyi göstərilir.

Kreml vətəndaşları necə dinləyirdi? – “Vikiliks” hakimiyyəti İFŞA ETDİ

Sentyabrın 14-də başlanan Rusiya-Belarus “Qərb-2017” birgə hərbi təlimləri ilə bağlı Qərbin narahatlığı davam edir. Moskva təlimlərin Qərb üçün heç bir təhdid olmadığını və müdafiə xarakterli olduğunu bildirsə də, Avropa ölkələrindən həyacan təbili çalınmaqdadır. Onların sözlərinə görə, təlimlər Rusiyanın Qərb istiqamətində ekspansiya siyasətinin bir hissəsidir.

Estoniyanın müdafiə qüvvələrinin komandanı, general-leytenant Rixo Terras da bu fikirdədir.

General-leytenantın fikrincə, siyasi vəziyyət Moskva üçün arzuedilməyən istiqamət üzrə dəyişərsə, Rusiya Ukrayna ssenarisi üzrə Belarusa hərbi müdaxiləyə hazırdır.

Həmçinin məlum olub ki, Rusiya nüvə silahını sınaqdan keçirməyi planlaşdırır.

Putın bir neçə günə nüvə silahını İŞƏ SALACAQ: planlaşdırma 2014-cü ildə BAŞLANIB

Moskvanın Avropa və Şimali Amerika ölkələrinə hücum etməyə cəsarəti çatmaz. Bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

Rasmussenin sözlərinə görə, alyans ölkələrindən istənilən birinə hücum edəcəyi təqdirdə Rusiya qırmızı xətti keçəcək. Bu isə NATO ölkələrini istəməsələr belə cavab tədbirləri görməyə vadar edəcək.

“Qərb-2017” təlimlərinə Rusiyanın elan etdiyindən çox daha artıq hərbi kontingent cəlb olunub. Bizim ən böyük narahatçılığımız təlimlər başa çatdıqdan sonra Rusiyanın bölgədə nə qədər hərbi texnika və əsgərini Belarusda saxlamasıdır. Bu, həm Belarusa, həm də NATO və Finlandiya ilə sərhədlərə aiddir”, - Rasmussen deyib.

Rasmussen həmçinin NATO-nun Baltikyanı ölkələrə və Polşaya artıq qoşun yerləşdirdiyini bildirib:

“Bu o deməkdir ki, əgər Rusiya hücum edərsə, təkcə Estoniya, Latviya, Litva ordusu ilə deyil, eyni zamanda Almaniya, İngiltərə və ABŞ ordusu ilə üz-üzə gəlməyə məcbur olacaq. Başqa sözlə çoxmillətli ordu ilə üzləşəcək. Əlbəttə ki, Rusiya bütün bu Avropa və Şimali Amerika ölkələrinə hücum etməyə cəsarət edə bilməz”.

Meksikanın cənubunda sentyabrın 19-da 7.1 bal gücündə zəlzələ baş verib. Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puentenin məlumatına görə, ölənlərin sayı 248-ə çatıb.

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 248-ə çatdı (YENİLƏNİR) - FOTO/VİDEO

Meksikada dünən baş verən dağıdıcı zəlzələnin vaxtını tam dəqiqliyi ilə proqnozlaşdıran türkiyəli professor Övgün Ahmet Ercan növbəti xəbərdarlıqla çıxış edib.

Meksika zəlzələsini xəbər verən alimdən növbəti QORXUNC PROQNOZ

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/214055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR