Ərdoğanla Putin görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 28-də Rusiya dövlət başçısı Vladimir Putinlə görüşəcək.

Metbuat.az-ın məlumatına görə, Ərdoğan bu barədə Nyu-Yorkda keçirilən “Blumberq Qlobal Biznes Forumu” zamanı sualları cavablandırarkən deyib: “Gələn bazar ertəsi günü Rusiya prezidenti Vladimir Putinlə telefon bağlantımız olacaq. Sentyabrın 28-də isə şam yeməyində görüşəciyik”.

Məlumata görə, görüş zamanı Suriyadakı hadisələr, eyni zamanda Türkiyənin Rusiyadan almaq istədiyi “S-400” raketləri ilə bağlı məsələlər müzakirə olunacaq.

Günay Elşadqızı \ METBUAT.AZ

Azərbaycanı xaricdə təmsil edən - QADIN DİPLOMATLAR - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR