Azərbaycan güləşçisi hərbçilər arasında dünya çempionu olub

Azərbaycan güləşçisi hərbçilər arasında dünya çempionu olub
11:27 21 Sentyabr 2017
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start verilib.
"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycan millisi 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb. 
Azərbaycan sərbəst güləşçilərindən Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), qadın güləşçilərdən isə Türkan Nəsirova (48 kq) ilə Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar. Qızıl medalı Qalib Əliyev əldə edib. O, finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Gümüş medala Türkan Nəsirova, bürünc medallara isə Əfqan Xaşalov, Ağahüseyn Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) sahib olub. 
Qeyd edək ki, hərbçilərin 32-ci dünya çempionatına 22 ölkədən 320-dək güləşçi qatılıb. 







Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-gulescisi-herbciler-arasinda-dunya-cempionu-olub8000000000000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR