SOCAR və tərəfdaşları neft-qaz sənayesinə neçə milyard dollar yatırıb?

SOCAR və tərəfdaşları neft-qaz sənayesinə neçə milyard dollar yatırıb?
11:54 21 Sentyabr 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

"Şahdəniz-2" və "Cənub Qaz Dəhlizi" layihələrinin gerçəkləşməsi nəticəsində bu rəqəm 100 mlrd. dolları keçəcək

SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 23 şirkətlə imzalanmış 17 Hasilatın Pay Bölgüsü Sazişlərinin (HBPS) iştirakçı tərəfləridir.

 

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyevin "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyilir.

 

Müəllif qeyd edir ki, HPBS-lərin podratçıları tərəfindən 1995-ci ildən 2017-ci ilin ikinci rübünün sonunadək Azərbaycanın neft-qaz sektoruna ümumilikdə 75,7 mlrd. dollar məbləğində sərmayə qoyulub.

 

Hasilatın Pay Bölgüsü Sazişləri üzrə ən iri olan Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku HPBS-dir. Bu layihə nəhəng karbohidrogen ehtiyatlarına malik AÇG-nin işlənməsi məqsədilə yaradılıb və onun tərkibinə BP, "Chevron", "ExxonMobil" və s. bu kimi iri neft şirkətləri daxildir. "Layihə iştirakçılarının 2017-ci ilin ikinci rübünün sonuna Azərbaycanın neft-qaz sektoruna yatırdıqları ümumi sərmayə təxminən 42,8 mlrd. dollar təşkil edib", - deyə rəis qeyd edib.


İkinci ən iri HPBS "Şahdəniz" layihəsidir və hazırda bu yataqda təbii qaz və kondensat hasilatı artan templərlə inkişaf etməkdədir. Bu layihədə ən böyük sərmayəçilər BP, TPAO, "Petronas" və SOCAR-ın ortaq şirkətləridir. "Onların digər iştirakçılarla birlikdə bu layihəyə qoyduqları sərməyənin ümumi həcmi 2017-ci ilin ikinci rübünün sonuna təxminən 25,9 mlrd. dollar təşkil edib", - deyə V. Əliyev bildirib.

 

SOCAR rəsmisi əlavə edib ki, "Şahdəniz-2" və "Cənub Qaz Dəhlizi" layihələri daha 40 mlrd. dollarlıq sərmayə tələb edir və bu layihələrin gerçəkləşməsi nəticəsində neft-qaz sənayesinə sərmayə qoyuluşu 100 mlrd. dolları keçəcək. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR