Şimali Koreya ilə ABŞ arasında gərginlik yüksək həddə çatıb.
Metbuat.az-ın məlumatına görə, rəsmi Vaşinqton Şimali Koreyanın tekstil, balıqçılıq, informasiya texnologiyaları və istehsal sənayesindəki şirkətlərinə qarşı yeni sanksiyaların tətbiqinə başayır.
Buna qarşılıq olaraq Kim Çen In dövlət televiziyasında yenə də kəskin çıxış edib. Trampın BMT kürsüsündən, “Şimali Koreyanı tamamilə yox edə bilərik” sözünə qarşılıq verən Kim onu “dəli” adlandırıb və bu danışığının qarşılığını artıqlaması ilə ödəyəcəyini deyib: “Trampın açıqlaması məni qorxutmaq və ya dayandırmaq əvəzinə, seçdiyim yolun doğru olduğuna bir daha inandırdı. Bu mənim sona qədər davam edəcəyim yol olacaq”.
Prezidentin açıqlamasından əlavə, Nyu Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edən Şimali Koreyanın XİN rəhbəri Li Yon Xo jurnalistlərə açıqlama verib. O, Trampın nitqinə cavab olaraq Sakit okeanda hidrogen bombasını sınaqdan keçirə biləcəklərini deyib.
Günay Elşadqızı \ METBUAT.AZ
“ABŞ və Türkiyə hər zamankından daha yaxındır” - Nyu-Yorkda tarixi görüş - OXUMAQ ÜÇÜN TIKLA |