Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda “Reuters” xəbər agentliyinin suallarını cavablandırıb.
Metbuat.az-ın məlumatına görə, Ərdoğan Astana görüşündəki İdliblə bağlı razılaşamdan danışıb: “İdlibdəki atəşkəs razılaşması ümidverici fikirdir. Müqavilə çərçivəsində Rusiya İdlibin xarici, Türkiyə isə daxili təhlükəsizliyini təmin edəcək. Bu, asan bir iş deyil”.
Dövlət başçısı ABŞ-ın Suriyadakı PYD\YPG terror təşkilatına silah göndərməsi ilə bağlı da açıqlama verib. Onun sözlərinə görə, bu hadisə həm Vaşinqtona, həm də müttəfiqlərinə zərər verə bilər.
Ərdoğan Almaniya ilə siyasi əlaqələrindən də danışıb: “Almaniya ilə əlaqələrimizin inkişaf edəcəyindən çox ümidliyəm. Bizim alman xalqı ilə heç bir problemimiz yoxdur. Problemimiz ancaq Türkiyəyə qarşı yanlış münasibət göstərən bəzi rəsmilərlədir”.
Ərdoğan, Türkiyənin Rusiyadan “S-400” raket sistemini almasına baxmayaraq, NATO ilə də sıx əlaqələrinin olduğunu açıqlayıb.
Günay Elşadqızı \ METBUAT.AZ
Şimali İraqdakı referendumla bağlı ortaq mövqe - "Bu mümkün deyil..." - OXUMAQ ÜÇÜN TIKLA |