Ronaldo: "Real"a "9" nömrə lazım deyil"

Ronaldo: "Real"a "9" nömrə lazım deyil"
15:47 22 Sentyabr 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın sabiq hücumçusu Ronaldo kluba "9" nömrə almağa ehtiyac olmadığını deyib. 


Fanat.Az xəbər verir ki, əfsanəvi futbolçu Madrid klubunun hücum xəttinin yetərincə güclü olduğunu vurğulayıb. 


"Marca"ya danışan Ronaldo "Son illər "Real" potensialını göstərdi. Əvvəllər komanda mövsümün əvvəlində qeyri-sabit çıxış edirdi, sonunda isə titul qazanırdı. "Real"ın nəyə qadir olduğuna heç kimin şübhəsi yoxdur. Madrid klubunun əla heyəti var. Komandaya mərkəz hücumçusu lazım deyil. Çünki heyətdə Benzema və Kriştianu Ronaldo kimi dünyanın ən yaxşı oyunçuları var", deyə fikirlərini səsləndirib. 


Qeyd edək ki, Ronaldo 2002-2007-ci illərdə "Real"ın şərəfini qoruyub. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldo-quotrealquota-quot9quot-nomr-lazm-deyilquot-t60699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR