Türkiyədə Milli Təhlükəsizlik Şurasının ardınca Nazirlər Kabinetinin də iclası keçirilib.

Metbuat.az-ın məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasdan sonra Baş nazir müavini və hökumət sözçüsü Bəkir Bozdağ jurnalistlərə açıqlama verib. O bildirib ki, İraq Kürdüstanının referendum qərarı ilə bağlı məsələlər müzakirə edilib, bununla bağlı nələr ediləcəyi dəyərləndirilib və bəzi tövsiyələr verilib: “Bütün variantlar müzakirəyə edilib. Referendumun keçiriləcəyi təqdirdə, Türkiyə hansı tədbirləri görəcək, nələr edəcəksə, bunlar hamısı dəyərləndirilib. Bu referendum qeyri-qanunidir və qəbul edilə bilməz. Türkiyə bu məsələ ilə bağlı fikrini əvvəldən açıq şəkildə bildirib. Bu, Türkiyə Respublikasının milli təhlükəsizliyinə birbaşa təhdiddir. Eyni zamanda, İraqın da ərazi bütövlüyü və suverenliyi üçün təhdiddir”.

Bozdağın sözlərinə görə, referendum sabitliyi və sülh mühitini pozacaq, ortaya bir çox təhlükəli risklər və gözlənilməz nəticələr çıxaracaq: “Bəzi problemlərini həll etmək üçün bu addımı atdığını söyləyənlər, sabah həll edə bilməyəcəyi daha böyük problemlərlə qarşı-qarşıya qalacaq. Mosul və Kərküklə bağlı məsələlər hələ də dəqiqliklə həll edilməyib. Bu səbəbdən, mübahisəli bölgələrin də referenduma daxil edilməsi dəhşətli, böyük bir səhvdir. Bu səbəblə, Türkiyə son dəfə İraq Kürdüstanını ağlı başında hərəkət etməyə çağırır. Bu referendumdan imtina edin, ləğv edin. Həm ölkənin, həm də bölgədə yaşayanların xeyri üçün referendum ləğv edilməlidir”.

Referendumun ləğvi üçün hələ də vaxtın olduğunu bildirən Bozdağ vacib məsələyə də diqqət çəkib: “Burada bir nöqtəni vurğulamaq xüsusilə faydalıdır. Türkiyə referendumun təxirə salınmasına da qarşıdır. Təxirə salmaq gələcəkdə bu referendumun ediləcəyinə icazə vermək mənasını daşıyır ki, bununla bağlı da əsla razılıq ola bilməz. Referendum təkrarsız şəkildə, bir daha edilməmək üçün ləğv edilməlidir”.

Bozdağ deyib ki, referendum ləğv edilsə və ya edilməsə nələr olacaq, hansı tədbirlər görüləcək, nə zaman tətbiq olunacaq və s. bunlar hamısı iclasda müzakirə olunub: “Nə zaman tətbiq olunacağına hökumətimiz qərar verəcək”.

Bozdağ, MTŞ-nın iclasının 27 sentyabrdan 22-nə keçirilməsinin, dərhal ardınca Nazirlər Kabinetinin iclası olmasının və Məclisin fövqəladə yığıncağa çağırılmasının Türkiyənin bu məsələdə nə qədər qərarlı olduğunun konkret göstəricisidir.

Jurnalistlərdən birinin, “referendum keçirilsə, Türkiyənin sanksiyalar edəcəyini bilirik. Bu sanksiyalara nələr daxildir?” sualına cavab verən Bozdağ deyib: “İnşallah bunları tətbiq etməyə ehtiyac qalmaz. Bərzani rəhbərliyi bu referendumu ləğv edər, sanksiya məsələsi də heç gündəmə gəlməz. Referendum ləğv edilməsə, planlar tədricən tətbiq olunacaq. Bunları hazırda açıqlamağı düzgün hesab etmirik”.

Günay Elşadqızı \ METBUAT.AZ

Türkiyə referendumla bağlı vacib çağırışlar etdi - OXUMAQ ÜÇÜN TIKLA