İstanbul Böyükşəhər Bələdiyyə başçısı Kadir Topbaş istefa verdiyini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Kadir Topbaş canlı yayımda açıqladıqdan sonra öz Tvitter hesabından da bu barədə açıqlama verib: “Əvvəlcə partiyamızın başçısına və səlahiyyətlərinə təşəkkür edirəm. Məni İstanbul səthinə çıxardılar, dünyaya tanıtdılar, İstanbul kimi əmanət şəhərə başçılıq etməyi mənə tapşırmaqla böyük qürur yaşatdılar. Bütün siyasi həyatımda və buradakı vəzifəmdə də bu şəhərə hər zaman əmanət kimi baxmışam. Bunun üçün yanımda duran, dəstək verən, mənə qəlbində yer ayıran hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Üzərimdə çox haqları var, bunu bilirəm.”.

İstanbul Böyükşəhər Bələdiyyəsi Kadir Topbaş İstefa Türkiyə