Türkiyə qırıcıları PKK düşərgələrini vurdu

Türk Silahlı qüvvələri İraqın şimalındakı Avaşin-Basyan və Hakurk bölgələrində olan PKK düşərgələrinə qarşı hava əməliyyatı təşkil edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Baş Qərargah rəhbərliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, hücum hazırlığında olan terrorçular tərəfindən istifadə edilən silahlar, sığınacaq və anbarları məhv edilib. Vanın Gürpınar mahalının Faraşin Yaylası bölgəsində hava əməliyyatı zamanı terrorçuların iki separatçısı məhv edilib. Hava əməliyyatı keçirən təyyarələr daha sonra təhlükəsiz şəkildə geri dönüblər. Bildirilib ki, hava əməliyyatı yalnız terrorçulara qarşı yönəlib, vətəndaşlara heç bir zərər dəyməyib.

Günay Elşadqızı \ METBUAT.AZ

İstanbulun bələdiyyə başçısı istefa verdi - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR