Çindən gözlənilməz addım

Çin BMT-nin qətnamələri çərçivəsində Şimali Koreya ilə idxal və ixracat məsələsinə yenidən baxıb.

Metbuat.az-ın məlumatına görə, Çin Ticarət Nazirliyinin açıqlamasında bildirilir ki, Pekin rəhbərliyi Şimali Koreyaya neft ixracatını məhdudlaşırır. Bundan əlavə, Pxenyana tekstil məhsullarını idxal etməyi də qadağan edir.

Neft məhsullarından mayeləşdirilmiş təbii qazın Şimali Koreyaya satışının məhdudlaşdırılması qərarının 1 oktyabrdan qüvvəyə minəcəyi elan olunub. 1 yanvar 2018-ci ildən etibarən Şimali Koreyaya ixrac edilən neft məhsullarının də illik 2 milyon barrel olacağı bildirilib. Tekstil məhsulları gəldikdə isə, daha əvvəl edilən idxal əməliyyatlarının tamamlanması üçün 10 dekabra qədər vaxt verilib. O tarixdən sonra isə idxalın qadağan ediləcəyi açıqlanıb.

Açıqlamada bildirilib ki, qadağa və məhdudiyyət qərarı, BMT-nin Şimali Koreyaya qarşı sanksiyaları çərçivəsində verilib.

Günay Elşadqızı \ METBUAT.AZ

Türkiyə qırıcıları PKK düşərgələrini vurdu - SON DƏQİQƏ - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR