"Gürzə" yeməyinin hazırlanması

Payız artıq gəlib, havalar soyumağa başlayıb. Mədənizi isidəcək dadlı və ləzzətli xəmir xörəkləri yeməyin vaxtıdır.

Metbuat.az bu dəfə milli mətbəxin dadlı yeməklərindən "gürzə”nin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

Qoyun əti ( ya da mal əti)

Baş soğan

Şüyüd

Quyruq

Xəmir üçün:

500 qr un

1 ədəd yumurta

2- 2 ½ stəkan su

Biraz duz

Hazırlanmasına gəldikdə, əti, soğanı və quyruğu ət maşınından keçirib qiymə hazırlayın. Qiyməyə duz və istiot əlavə edib yağda qızardın.

Daha sonra xəmir yoğurub oxlovla açın. Açdığınız xəmirdən stəkanın ağzı ilə dairələr kəsin. İçərisinə qiymə qoyub hər iki tərəfi bir-birinin üstünə gətirilməklə ilanvari bağlayın və bir tərəfindən balaca deşik saxlayın.

Gürzələri duzlu qaynar suya töküb suyun üzərinə çıxana qədər bişirin.

Yeməyi isti halda servis edin. Üzərinə sarımsaqlı qatıq, sumaq əlavə edə bilərsiniz.

Kartof börəyinin hazırlanması -Türk mətbəxi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)