"Səbail" Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb

"Səbail" Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb
19:32 23 Sentyabr 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Səbail" klubu futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb.
"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv VI turda "Dalğa Arena"da "Kəpəz"i məğlubiyyətə uğradıb - 1:0.
Yeganə qolu 60-cı dəqiqədə Elman Taqayev vurub. Bununla da "Səbail" xallarını 6-ya yüksəldərək, 6-cı pillədə möhkəmlənib.
Bir xala malik "Kəpəz" isə sonuncu pillədə qalıb.
Qeyd edək ki, "Səbail" ilk qələbəsini II turda "Neftçi" üzərində qazanıb - 1:0.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sebail-azerbaycan-premyer-liqasinda-ikinci-qelebesini-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR