Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb
22:37 23 Sentyabr 2017
179 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 sentyabr. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqrad şəhərində cüdo üzrə Avropa açıq çempionatına start verilib.
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışın birinci günü Azərbaycan milli komandası aktivinə 3 medal yazdırıb. 
Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) bürünc medallara sahib olublar.
Qeyd edək ki, 30 ölkədən 240 cüdoçunun (157 oğlan, 83 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (13 oğlan, 4 qız) ilə təmsil olunur.







Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-cudoculari-serbiyada-3-burunc-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR