Misir paytaxtını dəyişir - 45 milyard dollara yeni şəhər tikilir

Misir paytaxtını dəyişir - 45 milyard dollara yeni şəhər tikilir
18:44 24 Sentyabr 2017
106 Digər
Ölkə mətbuatı
A- A+

Misirin hazırda tikintisi davam edən yeni inzibati paytaxtı gələn ilin sonlarında dövlət idarələrini qəbul etməyə hazır olacaq.

 

APA-nın “Al Ahram” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Misirin baş naziri Şərif İsmayıl bəyan edib.

 

Qeyd edək ki, əhalisi 20 milyon nəfərə çatan paytaxt Qahirədən 45 km şərqdə yerləşən Yeni Qahirənin tikintisi barədə iddialı plan 2015-ci ilin martında elan edilib. Süveyş kanalına qədər uzanan və dünyanın məşhur biznes-mərkəzləri ilə rəqabət aparacağı iddia olunan şəhərin tikintisinin 45 milyard dollara başa gələcəyi və 5 milyon insanın məskunlaşacağı proqnozlaşdırılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR