"Facebook" satışa çıxarlıdı

Dünyanın ən məşhur sosial şəbəkəsi olan Feysbukun təsisçisi və rəhbəri Mark Zukerberq hissələrinin bir hissəsini satacaq.

Metbuat.az-ın məlumatına görə, dünyanın ən varlı adamları sırasında beşinci olan Zukerberq növbəti 1,5 il ərzində şirkətinin səhmlərinin 18 faizini satmağı planlaşdırır.

Şirkət tərəfindən verilən açıqlamada bildirilir ki, Zukerberq 35 ilə 75 milyon arası səhm satacaq. Şirkətin cari bazar dəyərini nəzərə alaraq, 75 milyon səhm satışının təxminən 12,8 milyard dollar olduğu bildirilir.

Qeyd edək ki, 33 yaşlı Mark Zukerberq və həyat yoldaşı, 32 yaşlı Prissilla Çan hazırda 72,4 milyard dollarlıq sərvətə sahibdir. Cütlük 2015-ci ilin dekabrında açıqlama verərək bildirib ki, şirkətin səhmlərinin bir hissəsi xeyir işlərə xərclənmək üçün satılacaq.

Günay Elşadqızı \ METBUAT.AZ

"Kürdüstan"a hərbi müdaxilə hər an başlaya bilər - Bölgədən son xəbərlər - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR