Ulduzlar Hollivuddan qaçır - SƏBƏB?

Ulduzlar Hollivuddan qaçır - SƏBƏB?
06:03 26 Sentyabr 2017
149 Dünya
Ölkə mətbuatı
A- A+

Yaxın vaxtlarda gözlənilən güclü zəlzələ səbəbindən hollivud ulduzları Los-Ancelesdən qaçır.

Publika.az xəbər verir ki, məşhur meksikalı seysmoloq Lyusy Consun proqnozlarına görə, istirahət zonası olaraq əlverişli şəraitə sahib Los Ancelesdə ən az 9 bal gücündə yeraltı təkanlar gözlənilir.

Hazırda həmin ərazilərdə olan dünya ulduzları - Ancelina Coli, Leonardo Di Kaprio, Beyons, Castin Timberleyk və digər simalar kütləvi şəraitdə Los Ancelesi tərk edirlər. Adları sadalanan məşhurlar kütləvi şəkildə hava limanında jurnalistlərə yaxalanıblar.

Müxtəlif bəhanələrlə şəhəri tərk edən məşhurlar bunun əsl səbəbinin yeraltı təkan qorxusu olduğunu etiraf etməyiblər.

Ehtimallara görə, Los Ancelesdə fövqəladə vəziyyət elan edilib. Gücləndirilmiş iş rejiminə keçmiş təhlükəsizlik xidmətləri hər ehtimala qarşı tədbirləri gücləndirərək çoxsaylı su və quru qida ehtiyatı toplayıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR