Kərkükə 500 terrorçu gəlib

Şimali İraq Kürd muxtariyyətinin lideri Məsud Bərzaninin israrlı referendum qərarı gərginliyi artrmaqda davam edir.

Metbuat.az-ın məlumatına görə, ötən gün PKK-nın bölgədəki yerli şurasının qərarı ilə 500 terrorçunun Bərzaninin peşmərgə əsgərlərinə dəstək üçün Kərkükə göndərildiyi ilə bağlı məlumat yayılıb. Məlumata görə, referendum günü və sonrakı günlərdə təhlükəsizliyi qoruduğunu iddia edən terrorçular peşmərgə əsgərlərinə dəstək üçün Kərkükə gəliblər. Kərkükün mərkəzindəki bir çox yerdə Abdullah Öcalanın və PKK-nın bayrağı asılıb.  

PKK bayraqlarının və silahlı terrorçuların qarşıdurmaya səbəb ola biləcəyi ehtimal edilir.

Günay Elşadqızı \ METBUAT.AZ

Referendumun ilkin nəticələri açıqlandı - Kərkük qarışdı... - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR