İdmançımız ermənini udub “bürünc” qazandı

İdmançımız ermənini udub “bürünc” qazandı
10:27 26 Sentyabr 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Bolqarıstan Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Azərbaycan millisi yarışda 2 bürünc medal qazanıb.


Fanat.Az xəbər verir ki, Vaqif Kazımovun komandasında Səlim Səlimov (63 kq) və Murad Allahverdiyev (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.


Belə ki, Səlimov Miçak Jarlinski (Polşa) və Elvin Əliyevə (Ukrayna) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ingiltərəli Cek Olifantla qarşılaşan boksçumuz finala adlaya bilməyib.


Allahverdiyev isə Pavel Platon (Moldova), Denis Lapuşanski (Belarus) və Rafael Hovannisyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 1/2 finalda bolqarıstanlı Daniel Lyubenova məğlub olaraq, bürünc medalla kifayətlənib.


Yığmamız komanda hesabında 12-14-cü yerləri bölüşüb. Siyahıda birinci yeri isə 7 qızıl və 2 bürünc medal qazanan Rusiya tutub.


Qeyd edək ki, birincilikdə 32 ölkədən 260 boksçu qüvvəsini sınayıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dmancmz-ermnini-udub-burunc-qazand-t60780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR