“ABŞ bizə müharibə elan edib”

Sentyabrın 23-də ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus qırıcıların Şimali Koreyaya yaxın ərazidə uçuş həyata keçirməsi cavabsız qalmayıb.

Metbuat.az-ın məlumatına görə, Şimali Koreyanın xarici işlər naziri Ri Yong-ho ABŞ-la gərginliyi daha da artıracaq açıqlama verib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın BMT kürsüsündən, “Şimali Koreya çox davam edə bilməyəcək” sözü müharibə elanı idi:

“Donald Tramp bu fikirlər ilə ölkəmizə müharibə elan edib. Beynəlxalq qurumlar bilməlidir ki, Şimali Koreyaya müharibə elan edən ilk ölkə ABŞ-dır. ABŞ hava sərhədimizə girməsə belə, onların qırıcı təyyarələrini vurmaq haqqımız var”.

Pentaqon rəhbərinin sözçüsü polkovnik Rob Manninq məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, ABŞ-a məxsus qırıcı təyyarələr Şimali Koreyanın sərhədindən kənarda uçub: “Şimali Koreya təhrikedici fəaliyyətlərinə davam etsə, prezident Donald Trampa o ölkə ilə bağlı lazımi planlarımızı təqdim edəcəyik”.

Manniq bölgədə hər hansı hərbi müdaxilənin olub-olmayacağı ilə bağlı suala isə, “Müharibəyə hazır vəziyyətdə dayanmışıq” açıqlamasını verib.

Günay Elşadqızı \ METBUAT.AZ

Kərkükə 500 terrorçu gəlib - PKK təhlükəsi... - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR