İsveçin Örebro şəhərində məscid yanıb.

Metbuat.az-ın məlumatına görə, Örebro Yanğınsöndürmə İdarəsinin rəhbəri Ulf Yakobsin bildirib ki, yanğını söndürsələr də, məscid tamamilə yararsız hala düşüb. Hadisə zamanı ölən və yaralanın olmadığını deyən Yakobsin bildirib ki, sübutlar nəticəsində yanğının qəsdən törədildiyi məlum olub.

İsveçdə məscid yandırıldı

Yüzlərlə müsəlman yanğının söndürülməyini izləyib, məscidin imamı isə göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 2007-ci ildə Vivalla qəsəbəsində tikilən məsciddə eyni anda 250 nəfər ibadət edə bilirdi. Şəhər yaşayan 25 fərqli ölkədən gələn müsəlman ibadət üçün həmin məscidə gəlirdi.

Günay Elşadqızı \ METBUAT.AZ

İraqın ərazi bütövlüyünü dəstəkləyirik ABŞ-dan açıqlama - OXUMAQ ÜÇÜN TIKLA