Olimpiadada Toğrul Əsgərova uduzan güləşçinin xatirə turnirində kütləvi dava olub

Olimpiadada Toğrul Əsgərova uduzan güləşçinin xatirə turnirində kütləvi dava olub
14:02 26 Sentyabr 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Rusiyanın Krasnodar şəhərində sərbəst güləş üzrə olimpiya mükafatçısı, dördqat dünya çempionu Besik Kuduxovun xatirəsinə həsr olunmuş turnirdə kütləvi dava düşüb.
“Report” “Sport-Eksperss”ə istinadən xəbər verir ki, Rusiya və Qazaxıstanın 200-dən çox pəhləvanının qatıltdığı yarış zamanı görüşlərdən biri yarımçıq dayandırılıb. Kütləvi davada məşqçilər və idmançılarla yanaşı, azarkeşlər də iştirak edib.
Qeyd edək ki, Besik Kuduxov 2013-ci il dekabrın 29-da avtomobil qəzasında dünyasını dəyişib. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan güləşçisi Toğrul Əsgərova uduzub. Daha sonra isə dopinq-testi müsbət nəticə verdiyi üçün Kuduxov gümüş medaldan məhrum edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/olimpiadada-togrul-esgerova-uduzan-gulescinin-xatire-turnirinde-kutlevi-dava-olub-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR