London metrosunda daha bir partlayış baş verib.

Metbuat.az-ın məlumatına görə, partlayış metronun “Tower Hill” stansiyasında qeydə alınıb. Metrostansiyada insanlar təxliyə edilib. İlkin məlumata görə, ən azı 5 nəfər yaralanıb.

İngiltərənin metro.co.uk saytına danışan polis açıqlamasında deyib: “Hazırda hadisə yerindəyik. Yanğın ehtimalına görə, insanların təhlükəsizliyi üçün xilasetmə qrupları ilə insanları təxliyə edirik”.

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Günay Elşadqızı \ METBUAT.AZ

"Kürdüstan" region üçün hansı təhlükə yaradır? - OXUMAQ ÜÇÜN TIKLA