Şimali İraq Kürd muxtariyyətinin lideri Məsud Bərzani müstəqillik referendumundan sonra ilk dəfə açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, Bərzani deyib ki, referendum uğurla keçirilib, əhalinin əksəriyyəti “hə” cavabını verib. Bundan sonra İraq mərkəzi hökuməti ilə ciddi və əhəmiyyətli danışıqlara getmək istədiklərini bildirən Bərzani, İraq baş naziri Heydər əl-İbadidən dialoq qapılarını üzlərinə bağlamamağı tələb edib.

Mərkəzi hökumətə səslənən Bərzani deyib: “Sizinlə çox uzun müddətli təcrübəmiz var. Təhdid yerinə gəlin dostcasına ciddi danışıqlara başlayaq. Referendum məcburi fikirlərin yeridilməsi və sərhədlərin çəkilməsi üçün deyildi. Baş nazir İbadi və dialoqa inanan hər kəsə çağırışımız budur ki, görüş qapılarını bağlamayın”.

Bərzani deyib tərəflər arasında dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb. O, beynəlxalq aləmin referendumla bağlı reaksiyasının düzgün olmadığını da bildirib: “Terrorla mübarizə, daxili miqrant və sığınacaq axtaran şəxslərlə bağlı məsələlərdə əvvəl olduğu kimi, indi də beynəlxalq aləmlə həmrəy olmağa davam edəciyik”.

Günay Elşadqızı \ METBUAT.AZ

ABŞ və Şimali Koreya arasında yeni gərginlik - VİDEO - OXUMAQ ÜÇÜN TIKLA