İraqın Kərkük şəhərində silahlı hücum olub.
Metbuat.az-ın məlumatna görə, naməlum şəxslər raketlə Türkmən Ticarət Birliyinin binasına hücum ediblər.
Hücum təxminən 150 metr məsafədən həyata keçirilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, binaya ziyan dəyib.
Hadisənin baş verdiyi Musalla məhəlləsində təhlükəsizlik tədbirləri gücləndirilib, hücum edən şəxslərin müəyyən edilməsi və tutulması üçün istintaqa başlanılıb.
Günay Elşadqızı \ METBUAT.AZ
Lütfi Zadənin nəşinin Azərbaycana gətirilmə vaxtı bilindi - ÖZƏL - OXUMAQ ÜÇÜN TIKLA |