Şimali İraq Kürd muxtariyyəti hava limanlarının Bağdad rəhbərliyimə rəslim edilməsi tələbini rədd edib.

Metbuat.az-ın məlumatına görə, İraq Aviasiya İdarəsi cümə günündən etibarən Şimali İraqın hava məkanına giriş və çıxışının qadağan olunması ilə bağlı xarici hava yolu şirkətlərinə məlumat verib.

İraqın Baş naziri Heydər əl-İbadi havalimanları da daxil olmaq üzrə, sərhəd idarələrinin 3 gün içərisində Bağdada verilməyəci təqdirdə Şimali İraqa bütün beynəlxalq uçuşları dayandıracaqlarını bildirmişdi: “Şimali İraq Kürd muxtariyyətinin rəhbərliyi yerli, regional və beynəlxalq dairələrin referendumun Konstitusiyaya zidd olması barədə çağırışlarını dinləmədi. Oranın sərhəd qapıları İraq Sərhəd Nəzarəti Təşkilatına tabedir. Sərhəd nəzarətinin 3 gün içərisində Bağdada verilməyəcəyi təqdirdə Kürd Muxtariyyətinə və əks istiqamətdə olan hava uçuşlarını dayandırcağıq. Bu qərarı Nazirlər Şurasında verildi. Şimali İraqın sərvəti nəzarətdən kənar şəkildə idarə edilir və gəlirlər xaricdəki şəxsi hesablara gedir”.

Ərbil Beynəlxalq Hava limanının müdiri Telar Faik də beynəlxalq qanunlara görə, Şimali İraqdakı hava limanlarının mərkəzi hökumətə bağlı olduğunu və uçuşları dayandıra biləcəklərini açıqlamışdı.

Günay Elşadqızı \ METBUAT.AZ

Qətərdən referendum açıqlaması - “Böyük narahatçılıq keçiririk” - OXUMAQ ÜÇÜN TIKLA