Taylandın eks baş naziri Yinqlak Çinavatra həbs edilib.
Metbuat.az-ın xəbərinə görə, bu barədə Tayland mediasında məlumat yayılıb. Məlumatda bildirilir ki, Tayland Ali Məhkəməsi Çinavatranın 5 il müddətində həbs olunması ilə bağlı qərar qəbul edib. O, rüşvətxorluq və korrupsiyada ittiham edilir. Ötən ay eks baş nazirin ölkədən qaçdığı iddia edilirdi. Taylandın Baş naziri Çan-oça ötən gün onun harada gizləndiyini bildiyini deyib.
Qeyd edək ki, Yinqlak Şinavatra 22 may 2014-cü ildə hərbi çevrilişlə vəzifədən uzaqlaşdırılıb və beş il siyasətlə məşğul olmağı qadağan edilib.
Günay Elşadqızı \ METBUAT.AZ
Bağdadda bombalı hücum - 4 ölü, 8 yaralı - OXUMAQ ÜÇÜN TIKLA |