Birləşmiş Millətlər Təşkilatı Suriyada baş verən qarşıdurma və hava hücumlarından dərin narahatlıq keçirir.

Metbuat.az-ın məlumatına görə, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dyujarrik açıqlama verib. Onun sözlərinə görə, İdlibdə əhalinin sıx olduğu yerlərdə hava hücumları daha da artıb, bir məktəb mənası tamamilə məhv edilib: “25 sentyabrda hava hücumları nəticəsində 27 nəfər ölüb, 58 nəfər yaralanıb. Sentyabrın 26-da isə Hama kəndindən qaçan insanlara atəş açılması nəticəsində 80 nəfər ölüb, çoxlu sayda adam yaralanıb”.

Dyujarrik Deyruz Zorda davam edən qarşıdurmalar, hava hücumları və hərbi əməliyyatlar səbəbilə bir milyondan çox adamın təhlükəsizliyindən narahatlıq duyduqlarını bildirib: “Ötən ay həmin bölgədə 100 min adam yerindən didərgin olub, bir həftə içində isə 50 mindən çox adam həmin ərazidən qaçıb”.

Günay Elşadqızı \ METBUAT.AZ

Kataloniya müstəqillik qazanacaq? - İspaniyanı nə gözləyir? - OXUMAQ ÜÇÜN TIKLA