İspaniya mərkəzi hökuməti 1 oktyabrda Kataloniyada planlaşdırılan müstəqillik referendumunda seçki mərkəzlərinin açılmaması üçün işə başlayıb.
Metbuat.az-ın məlumatına görə, Baş prokuror yerli polis qrupları “Mossos d'Esquadra”ya Katalon hökumətinin qurduğu seçki mərkəzlərində səsvermənin qarşısını almaq əmrini verib. Buna görə seçki məntəqələrində və 100 metr yaxınlıqda referendum keçirilə bilməz.
Katalon hökuməti referendumun keçirilə bilməsi üçün “Mossos d'Esquadra”ya güvənir. Ancaq İspaniya konstitusiyasına and içərək işə başlayan polislər indi çətin vəziyyətdə qalıb. “Mossos d'Esquadra”nın səlahiyyətlisi bildirib ki, Baş Prokurorluğun əmrini yerinə yetirəcəklər. İndi referendumun keçirilməsi katalon polislərindən asılı olacaq.
Qeyd edək ki, İspaniyanın mərkəzi hökuməti həftə sonu katalon polisinə nəzarəti İspaniya polisinə tapşırıb.
Günay Elşadqızı \ METBUAT.AZ
Kataloniya müstəqillik qazanacaq? - İspaniyanı nə gözləyir? - OXUMAQ ÜÇÜN TIKLA |