Bağdad administrasiyası bir az öncə Türkiyə ilə bağlı açıqlama yayıb.
Metbuat.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, “Türkiyə neft ticarətini bizimlə aparacaq, xam neft ixracatı üçün Ankara hökuməti ilə razılığa gəldik”.
"Reuters" xəbər agentliyi də Türkiyə ilə İraq hökuməti arasında xam neftin ixracatı ilə bağlı razılığa gəldikləri barədə məlumat yayıb. Bu barədə Türkiyə baş naziri Binəli Yıldırımla İraq baş naziri Heydər əl-İbadi arasında telefon danışığı olub. Ankara referendumdan sonra Bağdad rəhbərliyinə hər cür dəstək verəcəyini açıqlayıb.
Qeyd edək ki, Şimali İraq Kürd muxtariyyətinin referendum keçirməyindən sonra Bağdadla Ankara arasında sıx əməkdaşlıq yaranıb. Habur Sərhəd keçid məntəqəsində türk ordusunun həyata keçirdiyi təlimdə iraqlı əsgərlər iştirak edirlər.
Günay Elşadqızı \ METBUAT.AZ
İspaniyada polisə təlimat verildi - Referendum gərginliyi artır - OXUMAQ ÜÇÜN TIKLA |