Ata oğlunu torpağa basdırdı və...

Türkiyənin Ardahan rayonunda ata ildırım vuran oğlunun həyatını xilas edib.

Metbuat.az-ın məlumatına görə, ata Yılmaz Yıldırım oğulları Murat və Neratla birgə heyvan otaran zaman güclü yağış başlayıb. Onun sözlərinə görə, kəndlərindən kənarda heyvan otardıqları zaman başlayan yağışdan sonra şimşək çaxıb:

“Uşaqlar çay dəmləmişdi. Mənə də çay gətirdilər, birgə çay içdik. Daha sonra onlara kəndə qayıtmaq tapşırığını verdim. O anda səs-küy yarandı. Yanımda sanki işıq yandı, sonra yenə təkrarlandı. Uşaqları görə bilmədim, hər yer dumanlı idi. Bu an 9 yaşlı oğlum Bərat yanıma gəlib dedi ki, biz tərəfi ildırım vurdu. Ətrafa baxanda oğlum Muradı yerdə gördüm. Dərhal yanına qaçıb paltarlarını çıxarıb, bədənini torpağa basdırdım. Səsi gəlmirdi. Amma torpağı üstünə tökdükcə, bədənindəki elektrik torpağa keçdi, səsi gəldi, yenidən nəfəs almağa başladı. Təcili yardım gələnə qədər torpağın altında saxladım”.


Təcili yardım gələn kimi uşaq dərhal Ardahan Dövlət Xəstəxanasına çatdırılıb. Bədənində yanıq izləri olan uşaq daha sonra Türkiyənin bir nömrəli yanıq müalicə mərkəzi olan Ərzurum Region Təhsil və Araşdırma Xəstəxanasının yanıq şöbəsinə aparılıb. Hazırda xəstəxanada uşağın müalicəsi davam etdirilir.


Günay Elşadqızı \ METBUAT.AZ

“Türkiyə neft ticarətini bizimlə aparacaq” - Bağdad - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR